“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilmişdir

13/11/2025, 10:23
xeber1

05 noyabr 2025-ci il tarixində Elm və Təhsil İşçiləri Oğuz Rayon Komitəsinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə Mirzə Fətəli Axundov adına Xaçmaz kənd 1 saylı tam orta məktəbdə tədbir keçirilmişdir.

Tədbir başlamazdan əvvəl Xaçmaz kənd Şəhidlər xiyabanı ziyarət olunmuş, şəhid məzarları önünə gül-çiçək dəstələri qoyulmuşdur. Daha sonra tədbir məktəbin akt zalında davam etdirilmişdir.

Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısının müavini Aliyə Osmanova, Şəki–Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, Yeni Azərbaycan Partiyası Oğuz Rayon Təşkilatının sədri Saleh Məhərrəmov, Oğuz Rayon Təhsil Sektorunun müdiri Sərdar Nəbiyev, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Oğuz Rayon Komitəsinin sədri Fərman İbrahimov, Xaçmaz kənd icra nümayəndəsi Bakıxan Nəbiyev, Xaçmaz bələdiyyəsinin sədri Teymur Atakişiyev, məktəbin direktoru Aynurə Səfərova, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, müəllimlər, kənd sakinləri və şagirdlər iştirak etmişlər.

Dövlət himni səsləndirilmiş, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Videoçarx nümayiş etdirilmişdir.

Çıxış edənlər 2020-ci ildə 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun qazandığı tarixi qələbədən və bu qələbəni bizə bəxş edən Azərbaycan əsgərlərinin, igid və qəhrəman oğullarımızın həyat və döyüş yollarından danışıblar.

Tədbir məktəbin şagirdlərinin ifasında bədii hissə ilə davam etdirilmişdir. Sonda iştirakçıların hər birinə hədiyyələr təqdim olunmuşdur.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: