“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

8 noyabr Zəfər günü münasibətilə Yevlax Şəhər Komitəsi və Yevlax Rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə təhsil işçiləri arasında "Zəfərin Mübarək, Azərbaycan!" adlı intellektual bilik yarışı keçiilib.

03/11/2025, 10:52
xeber1

8 noyabr Zəfər günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yevlax Şəhər Komitəsi və Yevlax Rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə təhsil işçiləri arasında "Zəfərin Mübarək, Azərbaycan!" adlı intellektual bilik yarışı keçirilib.Yarış Azərbaycan Dövlət Himninin səslənməsi və Vətənin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 10 komanda arasında təşkil edilmiş yarış 3 turdan ibarət olub.

I yerin qaliblərinə kubok,Fəxri fərman və hədiyyələr ,II ,III yerin qaliblərinə isə kubok ,Fəxri fərman təqdim edilib.

I yerin qalibləri -Kövər kənd T.İsmayılov adına tam orta məktəbin komandası

II yerin qalibləri -Qoyunbinəsi kənd R.Rzayev adına tam orta məktəbi

III yerin qalibləri Tanrıqulular kənd M.Kərimov adına tam orta məktəbi

Sonda xatirə şəkilləri çəkilib.

Göstərilən dəstəyə, diqqət və qayğıya görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə təşəkkür edirik.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: