Xəbərlər
8 Noyabr – Zəfər Günü xalqımızın qəhrəmanlığının, milli birliyinin və sarsılmaz iradəsinin təntənəsidir

ETİHİ Binəqədi Rayon Komitəsi təşkilatçılığı ilə şəhid ailələri, qazi və müharibə iştirakçıları ilə şəhidlər abidəsini ziyarət edərək gül dəstələri qoyuldu.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun göstərdiyi misilsiz qəhrəmanlıq, xalqımızın sarsılmaz birliyi nəticəsində torpaqlarımız işğaldan azad edildi, Azərbaycanın ərazi bütövlüyü və tarixi ədalət bərpa olundu.
Vətən uğrunda canından keçərək adını tariximizə qızıl hərflərlə yazdıran şəhidlərimizi dərin ehtiramla yad edir,qazilərimizə şəfa, müharibə veteranlarımıza möhkəm cansağlığı versin!
Zəfər Günü bizə bir daha göstərdi ki, Azərbaycan xalqı heç vaxt haqqından dönmür, torpağını unutmur. Biz birlikdə güclüyük və birlikdə qalib gəlmişik!
Tarixi Qələbəmizin 6-cı ildönümündə şəhidlərimizin əziz xatirəsini ehtiramla anır, xalqımızı ürəkdən təbrik edirik.




