Xəbərlər
8 Noyabr – Zəfər Günümüz mübarək!
26/11/2025, 12:29

Bu gün ETİHİ Gəncə şəhər Komitəsinin rəhbərliyi, Gəncə şəhər İdman Liseyində keçirilən “8 Noyabr – Zəfər Gününə” həsr olunmuş tədbirdə iştirak etdi.
Tədbir şəhid ailələrinin və qazilərimizin iştirakı ilə xüsusi bir ruhda, qürur və minnətdarlıq hissi ilə keçdi.
Qəhrəmanlarımızın fədakarlığı sayəsində bu torpaqlarda qalib xalqın övladları kimi yaşayırıq!
Şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərimizə sağlam və uzun ömür arzulayırıq!
Zəfər bizimdir – Azərbaycan bizimlə qürur duyur!






