Xəbərlər
8 Noyabr – Zəfər Gününə həsr edilmiş tədbir keçirilib.

Qəbələ şəhər 5 saylı tam orta məktəbdə 8 Noyabr – Zəfər Gününə həsr edilmiş tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Qəbələ rayonu üzrə Təhsil sektorunun müdiri Arifə Bayramova, Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının müavini Ətayə Osmanova ,YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov, Nicat Apayev adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi şəhid anası Könül Qəribova və ETİHİ Qəbələ rayon komitəsinin sədri Camal Qurbanov 8 Noyabr – Zəfər Gününün tarixi əhəmiyyətindən, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi milli birlik və həmrəylikdən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Qələbədən bəhs ediblər. Çıxışlarda şəhidlərimizin qəhrəmanlığının və fədakarlığının heç zaman unudulmayacağı, qazilərimizin şücaətinin gənc nəsil üçün örnək olduğu vurğulanıb, Zəfər tariximizin gələcək nəsillərə çatdırılmasının və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyi qeyd olunub. Tədbirin bədii hissəsində Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib, şagirdlərin və müəllimlərin ifasında vətənpərvərlik ruhunda mahnılar, şeirlər, milli rəqslər təqdim olunub.























