Xəbərlər
8 Noyabr – Zəfər Gününə həsr olunmuş basketbol yarışı keçirilib.
26/11/2025, 12:21

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Gəncə Şəhər Komitəsinin rəhbərliyinin təşəbbüsü ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş şagirdlər arasında basketbol yarışı təşkil olundu. Yarışın əsas məqsədi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, asudə vaxtlarının səmərəli keçirilməsi və idmana marağın artırılması idi.
Yarışda iştirak edən komandalar arasında gərgin və maraqlı idman mübarizəsi yaşandı. Hər iki komanda idman formaları ilə təmin olundu. Sonda qalib komandalar kubok, medal, top və fəxri fərmanlarla təltif olundular. Həmçinin, yarışın təşkili və keçirilməsində fəallıq göstərən hakimlər də Həmkarlar İttifaqı tərəfindən mükafatlandırıldılar.






