“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

8 Noyabr – Zəfər Gününə həsr olunmuş görüş

02/11/2025, 08:00
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı və ETİHİ Ağstafa Rayon Komitəsi, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa rayon sektoru, eləcə də Uşaq-Gənclər İdman və Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş geniştərkibli tədbir keçirilib.

Tədbir iştirakçıları Zəfər Gününün tarixi əhəmiyyətini xüsusi vurğulayaraq, ölkəmizin qəhrəman övladlarının göstərdiyi şücaəti dərin hörmətlə yad ediblər.

Tədbir çərçivəsində həmçinin Ağstafa rayonunun tanınmış ziyalılarından biri, Sirac Əliyev adına Qırlı kənd tam orta məktəbinin direktoru Gültəkin Qəzənfər qızı İsmayılovanın 65 illik yubileyi də böyük təntənə ilə qeyd olunub. Həmkarlarının iştirakı ilə təşkil olunan ziyafətdə Gültəkin xanımın pedaqoji fəaliyyətinə, təhsilin inkişafına verdiyi töhfələrə, uzunmüddətli səmərəli xidmətinə yüksək dəyər verilib. Onun məktəbin inkişafında göstərdiyi Liderlik, idarəçilik bacarıqları və gənc nəslin formalaşmasında oynadığı müstəsna rol xüsusi minnətdarlıqla ifadə olunub.

Tədbirdə Ağstafa rayon sektorunun tabeliyində olan ümumtəhsil məktəblərinin direktorları, müəllimlər və təhsil sahəsində çalışan digər əməkdaşlar iştirak ediblər. Toplantı zamanı həm Zəfər Gününün qürur dolu ruhu, həm də pedaqoji ictimaiyyətin dəyərli üzvünə göstərilən ehtiram böyük birliyin və həmrəyliyin təzahürü kimi qiymətləndirilib.

Tədbirdə çıxış edənlər Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış Zəfər Gününün əhəmiyyətini xüsusi vurğulayıblar. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasətinin, yüksək strateji idarəçilik qabiliyyətinin, eləcə də Azərbaycan Ordusunun yenilməzliyi və xalq–ordu birliyinin nəticəsidir. Bu böyük Zəfəri bizə yaşadan Ali Baş Komandana və qəhrəman ordumuza dərin minnətdarlıq ifadə edilib.Sonda kollektiv olaraq Müəllim adına, təhsil işçisinə göstərilən yüksək dəyər və diqqətə görə cənab Prezident Müzəffər Ali Baş Komandan Ilham Əliyevə , Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı nın rəhbərliyinə təşəkkür olunub.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: