Xəbərlər
8 Noyabr – Zəfər Gününə həsr olunmuş görüş keçirilib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Gəncə şəhər Komitəsinin rəhbərliyi 8 Noyabr – Zəfər Günü münasibətilə 44 günlük Vətən müharibəsində şücaətlə vuruşmuş Gəncə şəhərinin qazilərini qəbul etdi.
Görüş zamanı qazilərimizə dərin hörmət və minnətdarlıq ifadə olundu, onların Vətən qarşısında göstərdikləri igidlik və fədakarlıqlardan bəhs edildi. Qazilərimizin keçdiyi döyüş yolları, onların nümayiş etdirdiyi vətənpərvərlik ruhu gənclərimiz üçün bir nümunə kimi dəyərləndirildi.
Tədbirdə həmçinin Vətən uğrunda canından keçmiş şəhidlərimizin müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Bu kimi görüşlər qəhrəmanlarımızın fədakarlığını gənc nəsillərə çatdırmaq və onların qələbə ruhunu yaşatmaq baxımından mühüm əhəmiyyət daşıyır.




