“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

8 Noyabr – Zəfər Gününə həsr olunmuş məktəblilər arasında şahmat üzrə rayon birinciliyi yekunlaşıb.

02/11/2026, 14:25
xeber1


31 oktyabr 2026-cı il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Qəbələ Rayon Komitəsinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Qəbələ rayon təhsil sektorunun və Qəbələ Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş məktəblilər arasında şahmat üzrə Qəbələ rayon birinciliyi başa çatıb.

Tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəman Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Açılış mərasimində çıxış edənlər 8 Noyabr – Zəfər Gününün Azərbaycan tarixindəki mühüm əhəmiyyətindən, xalqımızın Vətən müharibəsində nümayiş etdirdiyi birlik, həmrəylik və qəhrəmanlıq nümunəsindən bəhs ediblər. Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfər xalqımızın milli qürur mənbəyi olmaqla yanaşı, gələcək nəsillər üçün də əsl vətənpərvərlik və qəhrəmanlıq örnəyidir.

Çıxışlarda şahmat idman növünün məktəblilərin intellektual inkişafında, məntiqi və strateji düşünmə qabiliyyətinin formalaşmasında, diqqət və yaddaşın möhkəmləndirilməsində, düzgün qərarvermə bacarıqlarının inkişafında mühüm rol oynadığı vurğulanıb. Qeyd olunub ki, bu cür yarışların təşkili şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsinə, idmana maraqlarının artırılmasına, sağlam rəqabət və dostluq münasibətlərinin möhkəmləndirilməsinə xidmət edir.

Daha sonra yarışa start verilib. Birincilikdə iştirak edən məktəblilər öz bilik və bacarıqlarını nümayiş etdirərək maraqlı və gərgin mübarizə aparıblar.

Yarışın sonunda yüksək nəticə göstərən iştirakçılar müəyyənləşdirilərək müvafiq yerlərə layiq görülüblər. Qaliblər təşkilatçılar tərəfindən diplom və medalla təltif olunublar.

Bu cür tədbirlər məktəblilərin həm fiziki, həm də intellektual inkişafına töhfə verməklə yanaşı, Zəfər tariximizin gələcək nəsillərə çatdırılması baxımından da mühüm əhəmiyyət daşıyır. Qalibləri təbrik edir, onlara final yarışlarında uğurlar arzulayırıq!

8 Noyabr – Zəfər Gününə həsr olunmuş şahmat üzrə Qəbələ rayon birinciliyinin qalibləri

OĞLANLAR

6 yaş kateqoriyası

1.    I yer – Ağabəyov Ağabəy Səxavət oğlu

Qəbələ şəhəri, Vahid Qəhrəmanov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi.

Məşqçi-müəllim: Babayeva İlahə.

2.    II yer – İbrahimli Ramal Elvin oğlu

Qəbələ şəhəri, Nicat Apayev adına 4 nömrəli tam orta ümumtəhsil məktəbi.

Məşqçi-müəllim: Musayeva Samirə.

3.    III yer – Cabbarlı Yunus Süleyman oğlu

Qəbələ şəhəri, Pərviz Osmanov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbi.

Məşqçi-müəllim: Məmmədova Hümeyla.

8 yaş kateqoriyası

1.    I yer – Cəlilov Tuncay İsmət oğlu

Qəbələ rayonu, Müşfiq Murtuzov adına Tüntül kənd tam orta ümumtəhsil məktəbi.

Məşqçi-müəllim: Rəhmanlı Şəlalə.

2.    II yer – Nəzirli Fərid Elnur oğlu

Qəbələ şəhəri, Vahid Qəhrəmanov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi.

Məşqçi-müəllim: Babayeva İlahə.

3.    III yer – Yusifov Yusif Orxan oğlu

Qəbələ şəhəri, Nicat Apayev adına 4 nömrəli tam orta ümumtəhsil məktəbi.

Məşqçi-müəllim: Musayeva Samirə.

10 yaş kateqoriyası

1.    I yer – Məsimli Vurğun Qismət oğlu

Qəbələ rayonu, Vəndam qəsəbəsi, Eldəniz Mehdiyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi.

Məşqçi-müəllim: Alməmmədov Araz.

2.    II yer – Məmmədli Uğur Arzu oğlu

Qəbələ şəhəri, Əfqan Abdurahmanov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbi.

Məşqçi-müəllim: Babayeva Vüsalə.

3.    III yer – İsmiyev Kənan Nurlan oğlu

Qəbələ şəhəri, Şirvan Bulqədirov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbi.

Məşqçi-müəllim: Məmmədova Hümeyla.

12 yaş kateqoriyası

1.    I yer – Rəşidov Nihat Fərhad oğlu

Qəbələ rayonu, Mürvət Bilalov adına Aydınqışlaq kənd tam orta ümumtəhsil məktəbi.

Məşqçi-müəllim: İbrahimova Amal.

2.    II yer – Əhmədalıyev Əfsər Ələsgər oğlu

Qəbələ rayonu, Vəndam qəsəbəsi, Eldəniz Mehdiyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi.

Məşqçi-müəllim: Alməmmədova Dürdanə.

3.    III yer – Həsənov Ayxan Səməndər oğlu

Qəbələ şəhəri, Əfqan Abdurahmanov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbi.

Məşqçi-müəllim: Ağayeva Pərvanə.

14 yaş kateqoriyası

1.    I yer – Məmmədov Mehran Ruslan oğlu

Qəbələ rayonu, Vəndam qəsəbəsi, Eldəniz Mehdiyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi.

Məşqçi-müəllim: Alməmmədov Araz.

2.    II yer – Ağazadə Cahid Sarvan oğlu

Qəbələ rayonu, İlham Kərimov adına Mirzəbəyli kənd tam orta ümumtəhsil məktəbi.

Məşqçi-müəllim: Ağayeva Pərvanə.

3.    III yer – Hacıyev Dünyamin Məhərrəm oğlu

Qəbələ rayonu, Sərdar Cavadov adına Böyük Əmili kənd tam orta ümumtəhsil məktəbi.

Məşqçi-müəllim: Quliyev Fariz.

16 yaş kateqoriyası

1.    I yer – Cəbrayılov Emil Hakim oğlu

Qəbələ şəhəri, Əfqan Abdurahmanov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbi.

Məşqçi-müəllim: İbrahimova Amal.

2.    II yer – Şirinov Sunay Elnur oğlu

Qəbələ şəhəri, Pərviz Osmanov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbi.

Məşqçi-müəllim: Məmmədova Hümeyla.

3.    III yer – İsrayılov Qədir Habil oğlu

Qəbələ şəhəri, Nicat Apayev adına 4 nömrəli tam orta ümumtəhsil məktəbi.

Məşqçi-müəllim: Kərimova Gülnar.

QIZLAR

8 yaş kateqoriyası

1.    I yer – Məmmədli Leyla Arzu qızı

Qəbələ şəhəri, Əfqan Abdurahmanov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbi.

Məşqçi-müəllim: Musayeva Samirə.

2.    II yer – Əsgərli Ayan Elşən qızı

Qəbələ şəhəri, Pərviz Osmanov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbi.

Məşqçi-müəllim: Məmmədova Hümeyla.

10 yaş kateqoriyası

1.    I yer – Osmanova Mədinə Fərman qızı

Qəbələ şəhəri, Pərviz Osmanov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbi.

Məşqçi-müəllim: Məmmədova Hümeyla.

2.    II yer – Qazıyeva Əsmər Əvəz qızı

Qəbələ şəhəri, Əfqan Abdurahmanov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbi.

Məşqçi-müəllim: Babayeva İlahə.

3.    III yer – Hacıyeva Nüşabə Məhərrəm qızı

Qəbələ rayonu, Sərdar Cavadov adına Böyük Əmili kənd tam orta ümumtəhsil məktəbi.

Məşqçi-müəllim: Quliyev Fariz.

12 yaş kateqoriyası

1.    I yer – Surxayeva Zəhra Tural qızı

Qəbələ şəhəri, Pərviz Osmanov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbi.

Məşqçi-müəllim: Məmmədova Hümeyla.

2.    II yer – Babayeva Səmra Xəyal qızı

Qəbələ şəhəri, Vahid Qəhrəmanov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi.

Məşqçi-müəllim: Babayeva İlahə.

3.    III yer – Məmmədhüseynova Lamiyə Mehdi qızı

Qəbələ şəhəri, Nicat Apayev adına 4 nömrəli tam orta ümumtəhsil məktəbi.

Məşqçi-müəllim: Musayeva Samirə.

14 yaş kateqoriyası

1.    I yer – İbrahimova Fidan Pərviz qızı

Qəbələ şəhəri, Pərviz Osmanov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbi.

Məşqçi-müəllim: İbrahimova Amal.

2.    II yer – Əliyeva Fərihan Mirpaşa qızı

Qəbələ rayonu, Vəndam qəsəbəsi, Eldəniz Mehdiyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi.

Məşqçi-müəllim: Alməmmədov Araz.

3.    III yer – Mustafazadə Nəzrin Elşən qızı

Qəbələ şəhəri, Əfqan Abdurahmanov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbi.

Məşqçi-müəllim: Kərimova Günel.

 

 

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: