Xəbərlər
“8 Noyabr Zəfər Gününə” həsr olunmuş şahmat yarışı keçirildi!
26/11/2025, 12:17

Şagirdlər arasında təşkil olunan bu intellektual yarışın məqsədi gənclərin məntiqi düşünmə, diqqət və strategiya qurma bacarıqlarını inkişaf etdirmək, eyni zamanda şahmata marağı artırmaq idi.Yarış A, B və C qrupları üzrə baş tutdu və qaliblər öz bilik və bacarıqları ilə fərqlənərək seçildilər.Qaliblər kubok, medal, fəxri fərman və şahmat dəsti ilə mükafatlandırıldılar. Həmçinin idmanda fəallığı ilə seçilən hakilər də Şəhər Komitəsi tərəfindən mükafatlandırıldılar.





