“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir

06/11/2026, 16:01
xeber1

Abşeron Ceyranbatan Peşə Liseyində 8 Noyabr – Zəfər Günü münasibətilə bayram tədbiri keçirilmişdir.

Tədbirdə qonaqlar, müəllimlər və tələbələr iştirak etmişlər. Çıxışlarda Azərbaycan xalqının tarixi Zəfərə gedən yolu, Vətən müharibəsində qazanılmış şanlı Qələbənin əhəmiyyəti, şəhidlərimizin qəhrəmanlığı və qazilərimizin fədakarlığı xüsusi vurğulanmışdır.

Tədbir çərçivəsində təhsil müəssisəsinin ictimai həyatında və keçirilən tədbirlərdə fəallığı ilə seçilən bir qrup müəllim və tələbə təşəkkürnamələrlə təltif olunmuşdur.

8 Noyabr – Zəfər Günü xalqımızın birliyinin, milli iradəsinin və qəhrəmanlığının təcəssümüdür.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: