Xəbərlər
8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
11/11/2026, 09:37

8 Noyabr – Zəfər Günü münasibətilə Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin rəhbərliyinin təşkilatçılığı ilə tələbələr arasında tədbir keçirilib.
Tədbirdə ETİHİ Gəncə Şəhər Komitəsinin nümayəndələri də iştirak ediblər. Tədbir çərçivəsində Vətən müharibəsində qəhrəmanlıq göstərmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub, şəhid ailələrinin üzvü olan tələbələrə diqqət və qayğı göstərilərək Gəncə Şəhər Komitəsinin rəhbərliyi tərəfindən mükafatlar təqdim edilib.





