Xəbərlər
8 Noyabr – Zəfər Gününə həsr olunmuş Zəka Turniri
06/11/2025, 15:00

06.11.2025-ci il tarixində Ağdam Dövlət Sosial-İqtisadi Kollecində Ağdam rayon təhsil müəssisələri arasında “Nə? Harada? Nə zaman?” adlı Zəka turniri keçirildi.
Tədbir ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, eləcə də şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Yarış gərgin və maraqlı mübarizə şəraitində keçdi.
🏆 I yer – “Atlas” komandası
🥈 II yer – “Aura” komandası
🥉 III yer – “Aypara” komandası
Qalib komandaları səmimi qəlbdən təbrik edirik!
Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun!











