“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

80 illik ömrə ehtiram və təşəkkür.

08/06/2026, 10:29
xeber1

Uzun illər ADPU-da çalışmış, zəhməti, səmimiyyəti ilə kollektivin  hörmətini qazanmış əmək veteranı Qurbanov Fikrət Paşa oğlu 80 illik yubileyini qeyd edir.

    Yubiley münasibəti ilə Həmkarlar İttifaqı Komitəsinin nümayədələri əməkdaşımızın evində olub, onu təbrik etmiş, xoş arzularını çatdırmış, Fəxri fərman və pul mükafatı təbrik etmişdir.

    Qeyd edək ki, yubilyar uzun illər ərzində yalnız əmək fəaliyyəti ilə deyil, həm də Həmkarlar İttifaqı Komitəsinin işlərində fəallığı ilə seçilmiş, həmkarların kollektiv həyatında yaxından iştirak etmişdir.

    Əziz yubilyarımızı 80 illik əlamətdar yaşı münasibəti ilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və xoş günlər arzulayırıq.

    Əmək fəaliyyətini başa vurmasına baxmayaraq, yubilyarımız kollektivimizin yaddaşında zəhmətkeşliyi, səmiyyəti və insanpərvərliyi ilə daim yaşayacaq.


Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: