“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

80 illik şərəfli ömür yolu

04/08/2026, 15:35
xeber1

80 illik şərəfli ömür yolu

Yorulmadan, əzm və inamla çalışan, Şərəfli və məsuliyyətli bir peşənin sahibi olan, Mingəçevir Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru, Respublikanın Əməkdar müəllimi, qayğıkeş ailə başçısı,sevimli baba və nəhayət dəyərli insan Mayıl Yolçu oğlu İsmayılovun 80 illik yubleyi onu sevənləri, dostları, şəhər rəhbərliyi ilə birlikdə qeyd olundu.Mayıl müəllim 80 illik ömrünün 58 ilini Mingəçevirə həsr etmiş, şəhər təhsilindəki xidmətləri, ölkəmizdə ilk liseylərdən birində 25 ilədək fasiləsiz rəhbərlik etməsi, respublika təhsilindəki fəal mövqeyi, MDU-da yorulmadan gənc nəslin yetişdirilməsindəki xidmətləri danılmazdır.

Mayıl müəllimi tanıyan hər kəs bilir ki, onun zəngin kitabxanası var. Nə zaman yolun düşsə, onu öz otağında, kitabların əhatəsində yazıb-yaradan görərsən.

O, gözəl müəllimdir- xoş rəftarı, ədəb-ərkanı yerində. Doğru deyirlər ki, müəllim nümunə, örnək olmalıdır, istər hərəkətlərində, istərsə də savadında. Mayıl müəllimi biz belə görmüşük, Mayıl müəllim məhz belə birisidir. Hamıya nümunə ola bilən kamil şəxsiyyətdir. Yubley yaşınız Mübarək!!!

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: