“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

85 illik ömrün mənalı salnaməsi

13/04/2026, 16:02
xeber1

Bu gün Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay rayon komitəsi olaraq 85 yaşlı təqaüdçü müəllim Kərimova Almaz Osman qızının görüşünə yollandıq.


Uzun illərini təhsilə, gənc nəslin maariflənməsinə həsr etmiş Almaz müəllimi ziyarət etmək bizim üçün həm böyük qürur, həm də mənəvi borc idi.


Görüşümüz olduqca səmimi və duyğulu anlarla yadda qaldı. Almaz müəllimə bizi böyük sevinc və xoş münasibətlə qarşıladı. Onun həyat yolundan, müəllimlik illərindən danışdıqca keçmişin xatirələri yenidən canlandı. Söhbət zamanı həm sevinc dolu anlar yaşandı, həm də kövrək duyğulara qapıldı.


Onun hər bir xatirəsi, hər bir sözü müəllim adının nə qədər müqəddəs və məsuliyyətli olduğunu bir daha göstərdi. Yetişdirdiyi şagirdlər, qoyduğu iz və qazandığı hörmət bu şərəfli ömrün ən dəyərli nəticəsidir.


Bu cür müəllimlər cəmiyyətimizin mənəvi sərvətidir. Onların həyat yolu hər birimiz üçün örnəkdir.


Dəyərli müəlliməmizə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və sevdikləri ilə birlikdə xoş günlər arzulayırıq!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: