“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

9 nömrəli məktəbin müəllimləri 65 illik yubileylərini qeyd ediblər

01/09/2026, 14:04
xeber1

Göyçay şəhəri Ə.Q. Qantəmir adına 9 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimləri Hüseynova İmmi Ağabala qızı və Qəhrəmanova Təranə Əlihüseyn qızının 65 yaşı tamam olub.


Yubiley münasibətilə keçirilən görüşdə ETİHİ Göyçay RK sədri Kəmalə Səmədova da iştirak edib. Görüş zamanı yubilyar müəllimlər təbrik olunub, onlara möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətlərində uğurlar arzulanıb.


ETİHİ Göyçay RK olaraq İmmi Hüseynovanı və Təranə Qəhrəmanovanı 65 illik yubileyləri münasibətilə təbrik edir, onlara sağlam, firavan və xoşbəxt ömür arzulayırıq!

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: