“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar ETİHİ Yevlax Şəhər Komitəsinin üzv təşkilatlarda tədbirlər keçirilmişdir

06/11/2026, 10:46
xeber1

9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar ETİHİ Yevlax Şəhər Komitəsinin üzv təşkilatlarda tədbirlər keçirilmişdir.Tədbirlərdə şagirdlər tərəfindən şeirlər, mahnılar ifa edilib və bədii kompozisiyalar təqdim edilib. Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli qürurunu, müstəqilliyini, dövlətçiliyini və azadlığını təcəssüm etdirən müqəddəs rəmzlərimizdən biridir. Azərbaycan Respublikasının Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. Bu tarix milli dövlətçilik tariximizin əlamətdar günlərindən biridir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə 9 Noyabr Dövlət Bayrağı Günü elan edilmişdir.

Dövlət Bayrağımız hər bir azərbaycanlının qəlbində Vətən sevgisi, milli birlik və qürur hissi oyadır. Bayrağımızın dalğalanması müstəqilliyimizin, suverenliyimizin və dövlətimizin qüdrətinin ifadəsidir.

Bayrağımız daim yüksəklərdə dalğalansın, Azərbaycanımızın müstəqilliyi və dövlətçiliyi əbədi olsun!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: