Xəbərlər
9 Noyabr — Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə Yevlax şəhər M.Ə.Sabir adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində tədbir keçirilib

Üçrəngli bayrağımız — milli qürurumuz, azadlığımız və birliyimizdir!
9 Noyabr — Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə Yevlax şəhər M.Ə.Sabir adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində tədbir keçirilib.
Tədbirin əsas məqsədi şagirdləri Vətənə məhəbbət, dövlət rəmzlərinə hörmət və milli dəyərlərə sədaqət ruhunda yetişdirməkdir.
Bayrağımızın hər rəngində tariximiz, milli kimliyimiz və gələcəyə inamımız yaşayır. Onu zirvələrə ucaldan şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə və igid hərbçilərimizə minnətdarlığımızı bildiririk.
Üçrəngli bayrağımız bütöv Azərbaycanın səmasında daim qürurla dalğalansın! Bayraq Günümüz mübarək!












