Xəbərlər
9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə ETİHİ Yevlax Şəhər Komitəsinin üzv təşkilatlarında tədbirlər keçirilib
06/11/2026, 10:38

9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə ETİHİ Yevlax Şəhər Komitəsinin üzv təşkilatlarında tədbirlər keçirilib.
Azərbaycan xalqının tarixi Zəfərinə, milli qürurumuza və dövlətçilik rəmzimiz olan üçrəngli bayrağımıza həsr olunmuş tədbirlərdə şagirdlər şeir, mahnı və müxtəlif bədii çıxışlarla Vətənə, Zəfərimizə və üçrəngli bayrağımıza olan sevgilərini nümayiş etdiriblər.
Zəfərimiz əbədi, bayrağımız daim yüksəklərdə olsun!





























