“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

9 Noyabr – Dövlət Bayrağı Günüdür. Üçrəngli bayrağımızın ucalığı şəhidlərimizin qəhrəmanlığının təcəssümüdür

09/11/2026, 13:11
xeber1

Vətənimizin ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək üçrəngli bayrağımızın azad edilmiş torpaqlarımızda dalğalanması uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsinə həsr olunmuş silsilə anım tədbirləri keçirilib.

Müxtəlif tarixlərdə və rayonumuzun ayrı-ayrı məkanlarında təşkil olunan anım mərasimlərində ETİHİ Qax Rayon Komitəsi, üzv təşkilatları və ittifaq üzvləri yaxından iştirak edərək, Vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin xatirəsini dərin ehtiram və minnətdarlıq hissi ilə yad ediblər.

Anım tədbirlərində şəhidlərimizin keçdiyi şərəfli döyüş yolu, göstərdikləri misilsiz qəhrəmanlıq və fədakarlıq, eləcə də Azərbaycanın ərazi bütövlüyünün bərpasında və üçrəngli Dövlət Bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda yenidən dalğalanmasında göstərdikləri tarixi xidmətlər xüsusi vurğulanıb.

Şəhidlərimiz xalqımızın qürur mənbəyi, milli iradəmizin, Vətən sevgimizin və azadlıq amalımızın əbədi rəmzləridir. Bu gün müstəqil Azərbaycanımızın səmasında qürurla dalğalanan üçrəngli bayrağımız şəhidlərimizin qəhrəmanlığının, fədakarlığının və Vətənə sonsuz məhəbbətinin təcəssümüdür.

Vətən uğrunda canlarından keçən qəhrəmanlarımız heç zaman unudulmayacaq, onların əziz xatirəsi daim qəlbimizdə yaşayacaq, müqəddəs üçrəngli bayrağımız isə hər zaman ucalarda dalğalanacaqdır!

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad, məkanları cənnət olsun!

9 Noyabr – Dövlət Bayrağı Günümüz mübarək olsun!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: