Xəbərlər
90 illik yubiley tədbiri qeyd edilib.

20 oktyabr 2026-cı ildə uzun illər Salyan rayon R.Rzayev adına 3 saylı tam orta ümumtəhsil məktəbinin fiziki tərbiyə müəllimi işləmiş Soltanağa Seyidabas oğlu Ağalarovun anadan olmasının 90-cı ildönümü qeyd edilib.
Yubilyarı evində ziyarət edən Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov, ETİHİ Salyan Rayon Komitəsinin sədri Aynur Əsgərova, Salyan rayon idman və gənclər idarəsinin müdiri Elmar Əbilov , eyni kollektivdə çiyin-çiyinə çalışmış Gülzar Babayeva ona cansağlığı və könül rahatlığı arzulayıblar.
Komitə sədri Aynur Əsgərova bildirib ki, ömrünün doqquz onilliyini arxada qoyan bir insanın həyat yolu, sözun əsl mənasında, bir tarixdir. Bu tarix isə illərin xatirələri, övladlarının və yetirmələrinin uğurları və insanlara bəxş edilən dəyərlərlə zəngindir.
Uzun illər rayonda idman müəllimi kimi fəaliyyət göstərərək gənc nəslin fiziki sağlamlığının möhkəmləndirilməsinə, onların iradəli, intizamlı vətənpərvər ruhda yetişməsinə öz töhfəsini verən Soltanağa müəllim şərəfli peşəsinin ucalığını öz əməyi və zəhməti ilə sübut edib. Bu baxımdan onun ömür yolu dərin ehtiram və böyük hörmətə layiqdir , deyə komitə sədri yubilyarı Təbriknamə və hədiyyə ilə mükafatlandırılıb.
Qonaqlar Soltanağa Ağalarovun həyat yolunun gənc nəsillər üçün daim nümunə olduğunu vurğulayıblar.











