“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

A. Aslanov adına şəhər 2 nömrəli tam orta məktəbində qabaqcıl Azərbaycan dili və ədəbiyyatı müəllimi Osmanova Məhəbbət Babacan qızının yubiley tədbiri keçirilmişdir.

28/01/2026, 20:55
xeber1

ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı A. Aslanov adına şəhər 2 nömrəli tam orta məktəbində qabaqcıl Azərbaycan dili və ədəbiyyatı müəllimi Osmanova Məhəbbət Babacan qızının yubiley tədbiri keçirilmişdir. 


Məktəbin direktoru Ramil Dadaşov yubilyarın iş fəailiyyəti haqqında danışaraq onun işinin öhdəsindən gəldiyini, səmimi münasibətilə şagirdlərin və kollektiv üzvlərinin hörmətini qazandığını bildirmişdir. 


Məktəb Həmkarlar Komitəsi tərəfindən yubilyar müəllim ETİHİ Rayon Komitəsinin fəxri fərmanı və qiymətli hədiyyəsi ilə mükafatlandırılmışdır.

 Təhsil ictimaiyyəti adından Məhəbbət Osmanovanı yubiley yaşının tamam olması münasibətilə təbrik edirik,möhkəm sağlamlıq və bol uğur arzulayırıq.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: