Xəbərlər
A. Aslanov adına İsmayıllı şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbində Respublika Fənn Olimpiadasının final mərhələsində qalib olmuş şagird Sübhün Qardaşov və onun fənn müəllimi Fatma Vəliyeva ilə görüş təşkil olundu.

05 May 2026 cı il tarixdə ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı A. Aslanov adına İsmayıllı şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbində Respublika Fənn Olimpiadasının final mərhələsində qalib olmuş şagird Sübhün Qardaşov və onun fənn müəllimi Fatma Vəliyeva ilə görüş təşkil olundu.
Vətən müharibəsi qəhrəmanı, məktəbin məzunu mayor Elnur Səmədovun adını daşıyan sinif otağında keçirilən görüşdə İsmayıllı Rayon Təhsil Sektorunun müdiri Rəşid Məmmədli, ETİHİ İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov , məktəb kollektivi, şagirdlər iştirak etdilər.
Təhsil sahəsində əməyi, peşəkarlığı ilə seçilən, dəfələrlə şagirdləri Respublika Fənn Olimpiadasında qalib olan, şagirdlərin və kollektivin sevimlisi tarix müəllimi Fatma Vəliyeva ETİHİ Rayon Komitəsinin fəxri fərmanı ilə mükafatlandırıldı, şagirdi Sübhan isə RFO qaliblərinin rayon toplantısında mükafatlandırılması qərara alındı.
Fənn olimpiadası və digər bilik yarışı müsabiqələrinin təşkil olunmasına şərait yaratdığına ,dəfələrlə məktəbdə olimpiada qaliblərinin yetişməsində xidmətləri olmuş kollektiv üzvlərinə ,məktəb rəhbərliyinə, direktor Qabaqcıl Təhsil İşçisi Ramil Dadaşova təşəkkür bildirildi.
Fədakar müəllim Fatma Vəliyevanı və qalib şagirdi Sübhan Qardaşovu bütün təhsil ictimaiyyəti adından təbrik edirik.














