Xəbərlər
A.Aslanov adına İsmayıllı şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbində çalışmanın son yaş həddinə çatan ibtidai sinif müəllimi Atayeva Təhminə Əziz qızının yubiley tədbiri keçirildi.

Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı A.Aslanov adına İsmayıllı şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbində çalışmanın son yaş həddinə çatan ibtidai sinif müəllimi Atayeva Təhminə Əziz qızının yubiley tədbiri keçirildi. Tədbirdə DŞRTİ İsmayıllı Rayon Sektorunun müdiri Rəşid Məmmədli, ETİHİ İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, kollektiv üzvləri və valideynlər iştirak etdilər.Çıxış edən natiqlər ömrünün 40 ilindən çoxunu şagirdlərə hərfləri yazıb oxumağı, riyazi bilikləri, təbiət və həyatı anlamağı öyrədən və kiçik yaşlı uşaqları çox sevən Təhminə müəllimənin səmimiliyi, kollektivin sevimlisi olması haqqında danışdılar və ona sağlam ömür , xoş istirahət arzuladılar. Yüzlərlə yetirdiyi şagirdlərinin xoş sorağından fərəhlənən yubilyar ona göstərilən diqqət və qayğıya görə kollektivə öz minnətdarlığını bildirdi. Təhminə Atayevə uzun müddət səmərəli pedaqoji fəailiyyətinə və yubiley yaşının tamam olması münasibətilə ETİHİ Rayon Komitəsinin fəxri fərmanı və,qiymətli hədiyyəsi ilə mükafatlandırıldı.
Təhminə müəlliməni yubiley yaşının tamam olması münasibətilə bütün təhsil ictimaiyyəti adından təbrik edirik, ona möhkəm sağlamlıq və xoş istirahət arzulayırıq.













