“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Abşeronda təhsil işçiləri üçün Yeni İl şənliyi təşkil edilib

26/12/2025, 14:55
xeber1

AHİK-in üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Abşeron Rayon Komitəsinin təşkilatçılığı ilə təhsil işçiləri üçün Yeni İl Şənliyi keçirilib. Tədbirdə Abşeron rayonunun ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, şəhid ailələri, həmkarlar ittifaqı fəalları və rəsmi qonaqlar yer alıb.


Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Ardınca Ulu Öndər Heydər Əliyevin, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin, eləcə də ötən ilin dekabr ayında “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzası zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Rəsmi hissədə çıxış edən ETİHİ Abşeron Rayon Komitəsinin sədri Fəxrəddin Eyvazov təhsil işçilərini Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədri Sahib Məmmədovun və ETİHİ Respublika Komitəsinin sədri cənab Araz Paşayevin səmimi təbriklərini iştirakçılara çatdırıb. Çıxışda ötən il ərzində təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və hüquqlarının qorunması istiqamətində görülən işlər vurğulanıb, yeni ildə sağlamlıq və peşəkar fəaliyyətlərdə uğurlar arzulanıb.


Daha sonra Abşeron Rayon Təhsil Şöbəsinin sektor müdiri Sənan Xəlilov çıxış edərək təhsil işçilərini bayram münasibətilə təbrik edib, gələcək fəaliyyətlərində nailiyyətlər arzulayıb.


Tədbirdə ETİHİ Respublika Komitəsinin nümayəndələri Emil Əsgərov və Elnur Fuad Nəsirov, ETİHİ Sumqayıt Şəhər Komitəsinin sədri Elşad Novruzov, ETİHİ Xızı Rayon Komitəsinin sədri Zaur Zeynallı qonaq qismində yer alıb.

Növbəti hissədə təhsil sahəsində səmərəli və nümunəvi fəaliyyətinə, həmçinin həmkarlar ittifaqı işində fəallığına görə bir qrup təhsil işçisinə sertifikatlar təqdim olunub.


Sertifikatlarla təltif edilənlər:

Quliyev Elşən Pənah oğlu – Xırdalan şəhər 11 №-li tam orta məktəbin direktoru

Baloğlanova Xuraman Şəmil qızı – Qobu qəsəbə 3 №-li tam orta məktəbin direktoru

Balakişiyeva Arifə Mərifət qızı – Xırdalan şəhər 1 №-li tam orta məktəbin direktoru

Babayev Pənah Məcnun oğlu – Mehdiabad qəsəbə 1 №-li tam orta məktəbin direktoru

İsayeva Naibə Gündüz qızı – Masazır kənd 4 №-li tam orta məktəbin direktoru

Nurayeva Zəminə Şahid qızı – Xırdalan şəhər 4 №-li tam orta məktəbin direktoru

Hüseynova Fəxriyyə Bayram qızı – Xırdalan şəhər 10 №-li tam orta məktəbin direktoru

Rzayeva Lamiyə Rauf qızı – Saray 2 №-li orta məktəbin ilk təşkilat sədri

Nəcəfova Pərvanə Gülverdi qızı – Qobu 2 №-li orta məktəbin ilk təşkilat sədri

Rzayeva Səadət Əziz qızı – Masazır kənd 30 saylı körpələr evi-uşaq bağçasının ilk təşkilat sədri

Məmmədova Kəmalə Namiq qızı – Mehdiabad 2 №-li orta məktəbin ilk təşkilat sədri

Ağaverdiyeva Aynurə Faiq qızı – Qobu qəsəbə 11 saylı körpələr evi-uşaq bağçasının ilk təşkilat sədri


Rəsmi hissədən sonra tədbir bayram proqramı ilə davam edib. Şaxta Baba və Qar Qızın iştirakı, musiqili çıxışlar və səmimi bayram ab-havası tədbirə xüsusi rəng qatıb. Şənliyin təhsil işçiləri arasında birlik və həmrəyliyin möhkəmlənməsinə töhfə verdiyi vurğulanıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: