Xəbərlər
Ad gününüz mübarək,Saycan müəllim!
21/10/2026, 11:30

Göyçay şəhəri Elton Əkbərov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Saycan Behbudovanı doğum günü münasibətilə ETİHİ Göyçay Rayon Komitəsi adından səmimi-qəlbdən təbrik edirik!
Ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, xoşbəxtlik və şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq. Təhsil sahəsindəki məsuliyyətli və fədakar fəaliyyətinin, gənc nəslin təlim-tərbiyəsinə verdiyi töhfələrin daim yüksək qiymətləndirilməsini diləyirik.
Qoy yeni yaşınız Sizə bol sevinc, xoş günlər, tükənməz enerji və həyata keçən arzular bəxş etsin. Hər zaman hörmət və ehtiramla əhatə olunasınız!
Doğum gününüz mübarək, Saycan müəllim!



