“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Ad gününz mübarək

08/05/2026, 15:47
xeber1

Bu gün Göyçay şəhər 7 nömrəli körpələr evi–uşaq bağçasının müdiri Abbasova Sevinc Hafiz qızının doğum günüdür.


Elm və Təhsil İşçiləri İttifaqı Göyçay rayon komitəsi olaraq Sevinc xanımı bu əlamətdar gün münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və məsuliyyətli fəaliyyətində yeni uğurlar arzulayırıq.


Sevinc xanım öz peşəkarlığı, idarəçilik bacarığı və kollektivə göstərdiyi qayğı ilə seçilən, nümunəvi rəhbərlərimizdən biridir. Məktəbəqədər təhsilin inkişafına verdiyi töhfələr, uşaqlara və müəllim kollektivinə olan diqqəti hər zaman yüksək qiymətləndirilir.


Arzu edirik ki, fəaliyyəti daim uğurlarla müşayiət olunsun, həyat yolu sevinc, xoşbəxtlik və gözəl nailiyyətlərlə dolu olsun. 

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: