Xəbərlər
ADMİU-nun Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə əməkdaşlar üçün Şamaxı rayonuna birgünlük ekskursiya təşkil olunub

11 İyul 2026-cı il tarixində ADMİU-nun Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə universitetin əməkdaşları üçün Şamaxı rayonuna birgünlük ekskursiya təşkil olunub.
Ekskursiyanın məqsədi əməkdaşların asudə vaxtlarının səmərəli təşkili, istirahətlərinin təmin edilməsi və kollektiv daxilində ünsiyyətin daha da möhkəmləndirilməsi olub. Səfər zamanı əməkdaşlar Şamaxı rayonunun zəngin təbiəti və görməli məkanları ilə tanış olub, xoş istirahət edərək yaddaqalan anlar yaşayıblar.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Həmkarlar İttifaqı Komitəsi tərəfindən mütəmadi olaraq həyata keçirilən bu kimi sosial-mədəni tədbirlər əməkdaşların sosial rifahının yüksəldilməsinə, sağlam psixoloji iş mühitinin formalaşdırılmasına, kollektiv ruhunun möhkəmləndirilməsinə və əmək fəaliyyətinə motivasiyanın artırılmasına mühüm töhfə verir.










