“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ADNSU-da “Məzun Günü – 2026” keçirilib

25/06/2026, 11:06
xeber1

İyunun 23-də Bakı Kristal Zalında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Məzun Günü – 2026” tədbiri keçirilib. Universitet rəhbərliyi, professor-müəllim heyəti, məzunlar, tələbələr, həmçinin dövlət qurumlarının və tərəfdaş təşkilatların nümayəndələrinin iştirak etdiyi tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.


Rəsmi hissədə ADNSU-nun 2025/2026-cı tədris ilindəki əsas nailiyyətlərini əks etdirən videoçarx nümayiş olunub. Daha sonra müxtəlif sahələrdə fərqlənən tələbələr mükafatlandırılıb və ənənəvi “İlin məzunu estafeti” təqdim edilib. Eyni zamanda, tədris ilini ən yüksək akademik göstəricilərlə başa vuran üç məzuna xüsusi hədiyyələr verilib.


Tədbirdə iştirak edən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə komitə adından məzunları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.


Gecənin bədii hissəsində ADNSU-nun “Gənclik” Mahnı və Rəqs Ansamblının, UFAZ-ın özfəaliyyət qrupunun və universitetin əcnəbi tələbələrinin rəngarəng çıxışları nümayiş etdirilib. Bayram tədbiri tanınmış ifaçıların iştirakı və konsert proqramı ilə davam edib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: