Xəbərlər
ADNSU komandası “ZƏFƏR” şahmat turnirinin qalibi oldu!
15/04/2026, 19:26

ADNSU komandası “ZƏFƏR” şahmat turnirinin qalibi oldu! 🏆♟️
26 oktyabr 2025-ci il tarixində ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən “Zəfər” şahmat turniri başa çatdı.
Turnir Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi, Azərbaycan Şahmat Federasiyası, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı və tərəfdaş qurumların birgə təşkilatçılığı ilə keçirilib.
ADNSU-nun gənc şahmatçıları yüksək bilik, diqqət və strateji düşüncə nümayiş etdirərək “Zəfər” uğrunda mübarizədə qalib adını qazanıblar! 🔥






