“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ADNSU THİK-in təşkilatçılığı ilə ADNSU-nun 105 illiyinə həsr olunmuş Futzal Çempionatı uğurla yekunlaşdı.

06/07/2026, 16:52
xeber1

⚽️ ADNSU THİK-in təşkilatçılığı ilə ADNSU-nun 105 illiyinə həsr olunmuş Futzal Çempionatı uğurla yekunlaşdı.


Çempionat boyunca komandalar həm bacarıqlarını, həm də əsl komanda ruhunu nümayiş etdirərək rəqabətli və dinamik oyunlar seriyası yaşatdılar. Peşəkar yanaşmalarına və fair-play prinsiplərinə sadiq qaldıqları üçün bütün iştirakçı komandalarımıza təşəkkür edirik. 👏


Final qarşılaşması isə xüsusi həyəcanla yadda qaldı:

603.24 və 222.23E komandaları əsas vaxtı 4:4 hesabı ilə tamamlayaraq oyunu penaltilərə daşıdılar. Gərginlik dolu penalti seriyası nəticəsində 603.24 komandası 4:2 hesabı ilə qalib gəlib çempionluq adını qazanmışdır. 🏆🔥


Qalib komandanı təbrik edir, gələcək uğurlarının davamlı olmasını arzulayırıq. ✨

ADNSU THİK olaraq tələbələrin idman və sosial aktivliyini dəstəkləməyə davam edəcəyik. 🤝

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: