Xəbərlər
ADPK -da 60 Yaşını Tamamlayan Təhsil İşçiləri Təltif olundu

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin təşkilatçılığı ilə 60 yaşını tamamlayan təhsil işçilərinə həsr olunmuş təbrik və təltif mərasimləri davam edir. Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində fəaliyyət göstərən “Azərbaycan Dövlət Pedaqoji Kolleci”nin yubilyar müəllimləri Fəxri Fərmanlar və xatirə hədiyyələri ilə mükafatlandırılıb.
Uzun illər təhsil sahəsində çalışan, minlərlə şagirdin yetişdirilməsində mühüm rol oynayan müəllimlərin pedaqoji fəaliyyəti yüksək qiymətləndirilib.Onların fədakarlığı, zəhməti və təhsilin inkişafına verdikləri töhfələr xüsusi olaraq vurğulanıb.
ETİHİ Yasamal Rayon Komitəsinin sədri Rövşən İbrahimlı yubilyar müəllimləri təbrik edərək onlara cansağlığı və gələcək fəaliyyətlərində uğurlar arzuladı. O, müəllim əməyinin daim yüksək dəyər daşıdığını qeyd etdib.
Yubilyar müəllimlər göstərilən ehtiram və diqqətə görə öz minnatdarlıqlarını biliriblər.







