Xəbərlər
ADPK-da qadın pedaqoqlar ETİHİ Yasamal Rayon Komitəsi tərəfindən təltif edildi

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin təşkilatçılığı ilə fəaliyyət dairəsinə daxil olan ADPU nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində (ADPK) 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik görüşü keçirilib.
Görüşdə kollecin qadın müəllimələri və əməkdaşları iştirak ediblər. Təhsil sahəsində çalışan qadınların pedaqoji fəaliyyətdə göstərdiyi davamlı və fədakar əməyə, tələbələrin hərtərəfli inkişafında və peşə hazırlığında oynadıqları mühüm rola xüsusi diqqət yetirilib. İştirakçılar qadın əməkdaşların təhsil sisteminin keyfiyyətinin yüksəldilməsindəki əhəmiyyətini, onların peşəkar məsuliyyətini və cəmiyyət qarşısındakı xidmətlərini yüksək qiymətləndiriblər.
Görüşün yekununda kollecin bir qrup qadın müəllim və əməkdaşı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsi tərəfindən fəxri fərmanlar və xatirə hədiyyələri ilə təltif olunub.
Bucür görüşlərin əməyə verilən dəyərin rəsmi təsdiqi, kollektivdə həmrəyliyin gücləndirilməsi və qadınların təhsildəki rolunun daha da ön plana çıxarılması baxımından əhəmiyyət daşıdığı qeyd edilib.















