“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ADPU-da dosent Fəxrəddin Yusubovun 70 illik yubileyi təbrik edildi.

23/02/2026, 16:27
xeber1

Azərbaycan Dövlət Pedaqoji Universitetinin professor-müəllim heyətinin üzvü, uzun illər pedaqoji və elmi fəaliyyət göstərmiş dosent Yusubov Fəxrəddin Allahverdi oğlunun 70 illik yubileyi universitetin rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsi tərəfindən təbrik edilmişdir.

   Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Fəxrəddin Allahverdi oğlu Yusubov ali təhsilin inkişafında, yüksəkixtisaslı kadrların hazırlanmasında, elmi-pedaqoji mühitin formalaşmasında mühüm xidmətlər göstərmişdir. Onun çoxillik səmərəli fəaliyyəti, elmi araşdırmaları və pedaqoji ustalığı univesitetimizin inkişafı tarixində xüsusi yer tutur.

   Yubiley münasibəti ilə universitet rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsi tərəfindən Fəxrəddin Yusubova xoş arzular çatdırılmış, gələcək fəaliyyətində uğurlar dilənmişdir. Fakültə əməkdaşları yubilyara möhkəm cansağlığı, uzun ömür və yeni elmi nəaliyyətlər arzulamışdır. Sonda yubilyar Fəxri Fərmanlarla təltif edilmişdir. 


Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: