Xəbərlər
ADPU-da görkəmli alim, professor Rüfət Hüseynzadənin 75 illik yubileyi qeyd edilib

Azərbaycan Dövlət Pedaqoji Universitetində görkəmli alim, pedaqoq, professor, Əməkdar müəllim Rüfət Lətif oğlu Hüseynzadənin 75 illik yubileyi münasibəti ilə səmimi və yaddaqalan tədbir keçirilib.
Tədbirdə çıxış edənlər professorun elmi-pedaqoji fəaliyyəti boyunca qazandığı uğurlardan, milli təhsilin inkişafına verdiyi dəyərli töhvələrdən bəhs edərək, onun zəngin həyat yolunun gənc nəsillər üçün nümunə olduğunu vurğulayıblar. Çıxış edənlər, Rüfət Hüseynzadənin öz fədakar əməyi, yüksək ziyalılığı və müəllimlik missiyasına sədaqəti ilə hər zaman seçilib.
Yubiley münasibəti ilə Həmkarlar İttifaqı Komitəsi tərəfindən Fəxri Fərman təqdim olunub, ona möhkəm cansağlığı, uzun ömür və elmi fəaliyyətində yeni nailiyyətlər arzulanıb.





