Xəbərlər
ADPU-da Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Novruz və Ramazan bayramı münasibəti ilə xeyriyyə aksiyası keçirildi.
17/03/2026, 15:56

Dünya müsəlmanlarının xüsusi təntənə ilə qeyd etdikləri müqəddəs Ramazan bayramı və Novruz bayramı münasibəti ilə Həmkarlar İttifaqı Komitəsi tərəfindən əməkdaşlara sosial dəstək məqsədilə növbəti xeyriyyə aksiyası həyata keçirildi.
Aksiya çərçivəsində 400 nəfər əməkdaşa bayram sovqatı təqdim olunub. Təqdim edilən sovqatlar ailələrin bayram sevincini bölüşmək, onların sosial rifahını kiçik də olsa töhfə vermək vermək məqsədi daşıyıb.
Qeyd edək ki, Həmkarlar İttifaqı tərəfindən bu cür sosialyönümlü tədbirlərin keçirilməsi ənənə halını alıb və gələcəkdə də davam etdilrilməsi nəzərdə tutulur.
Bayramlar həmrəylik, paylaşmaq və qayğı göstərmək kimi ali dəyərləri özündə birləşdirir. Bütün həmkarlarımızı qarşıdan gələn Novruz bayramı və müqədəs Ramazan ayı münasibəti ilə təbrik edir, hər kəsə möhkəm cansağlığı, ruzi-bərəkət arzulayırıq.






