“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ADPU-da “I Türkoloji Qurultayın 100 illiyi: Dil məsələləri” Beynəlxalq elmi konfrans Şamaxıda davam etdi.

18/05/2026, 11:16
xeber1

Azərbaycan Dövlət Pedaqoji Universitetində keşirilən “I Türkoloji Qurultayın 100 illiyi: Dil məsələləri” Beynəlxalq elmi konfransının proqramına uyğun olaraq 15 may tarixində tədbirin Şamaxı mərhələsi  keçirilib.  Proqram çərçivəsində xarici qonaqlar və konfrans iştirakçıları ADPU-nun Şamaxı filialında olub, burada səmimi görüş təşkil olunub.  

     İlk öncə qonaqlar və əməkdaşlar Şamaxı şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər, abidə önünə qızılgüllər qoyublar.

     Qonaqlar daha sonra Şamaxı Pirqulu Rəsədxanasını ziyarət edərək Azərbaycanın elmi mühiti və astronomiya sahəsində aparılan tədqiqatlarla yaxından tanış olublar.

     Konfrans iştirakçıları daha sonra Cümə məscidini ziyarət ediblər.

     Konfransın Şamaxı mərhələsi bağlanış mərasimi və qala gecəsi ilə yekunlşıb. Tədbir iştirakçıları üçün təşkil olunan proqram elmi əməkdaşlıq, mədəni ünsiyyət və beynəlxalq akademik əlaqələrin inkişafı baxımından əlamətdar olub.


Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: