“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ADPU-da “I Türkoloji Qurultayın 100 illiyi: Dil məsələləri” Beynəlxalq elmi konfransı keçirilir

18/05/2026, 10:13
xeber1

Mayın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “I Türkoloji Qurultayın 100 illiyi: Dil məsələləri” Beynəlxalq elmi konfransının açılış mərasimi keçirilib. Azərbaycan Dövlət Pedaqoji Universiteti, TÜRKSOY, Yunis Əmrə İnstitutu, Daşkənd Beynəlxalq Universiteti və ADPU-nun Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə 14-15 may tarixlərində əyani və onlayn formatda təşkil olunan beynəlxalq konfransda Azərbaycanla yanaşı Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Koreya, Rusiya, Ukrayna, Moldova, Estoniya, Əfqanıstan və digər ölkələrdən alim və tədqiqatçıları bir araya gəliblər.

     Tədbir iştirakçıları əvvəlcə Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, Ulu Öndərin məzarı önünə çiçəklər düzərək ruhunu ehtiramla yad ediblər.

      Açılış mərasimində dövlət rəsmiləri, təhsil ictimaiyyətinin nümayəndələri, universitet rəhbərliyi və professor-müəllim heyəti, eləcə də Azərbaycan və xarici ölkələrin tanınmış türkoloq alimləri iştirak ediblər.


Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: