“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ADPU-da “Kiber dünyanın sirlərini kəşf et!” adlı maarifləndirici görüş keçirilib.

17/11/2026, 12:32
xeber1

12.11.2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) və Cyber Plus Academy-nin birgə təşkilatçılığı ilə “Kiber dünyanın sirlərini kəşf et!” adlı maarifləndirici görüş keçirilib.

Görüşdə kibertəhlükəsizlik sahəsinin əhəmiyyəti, rəqəmsal dünyanın imkanları və kiber mühitin müxtəlif istiqamətləri haqqında məlumat verilib. Tələbələr bu sahə üzrə yeni biliklər əldə etmək, mövzu ilə bağlı maraqlandıqları suallara cavab tapmaq və kibertəhlükəsizlik sahəsini daha yaxından tanımaq imkanı qazanıblar.

Görüş tələbələr üçün xatirə anlarının qeydə alınması ilə yekunlaşıb.


Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: