“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ADPU-da professor Müseyib İlyasovun 75 illik yubileyi qeyd edilib

10/04/2026, 10:26
xeber1

Azərbaycan Dövlət Pedaqoji Universitetində Təhsil menecmenti kafedrasının professoru Müseyib İlyasovun 75 illik yubileyi münasibətilə tədbir keçirilib.

       Tədbirdə ADPU-nun rəhbərliyi və professor-müəllim heyəti iştirak ediblər. Əvvəlcə alimin elmi tədqiqatlarından ibarət əsərlərə baxış keçirilib.

       Sonra Müseyib İlyasovun 75 illiyi münasibətilə hazırlanmış kitabı kollektivə təqdim edilib.

     Müseyib İlyasov uzunmüddətli elmi-pedaqoji fəaliyyəti, ali təhsilin inkişafına verdiyi töhfələri, zəngin elmi-pedaqoji irsi, təşkilatçılıq qabiliyyəti və müəllimlik nümunəsi ilə bir neçə nəslin yetişməsində mühüm rol oynayıb.  Yubilyar uzun illər kafedra müdiri kimi səmərəli fəaliyyət göstərib, Əməkdar müəllim, Qabaqcıl təhsil işçisi fəxri adlarına layiq görülüb, ADPU-nun 100 illiyi münasibətilə təsis edilən yubiley medalı ilə təltif olunub.

ADPU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Vaqif Əliyev də çıxış edərək qeyd edib ki, prof. Müseyib İlyasov uzun illər ərzində Azərbaycan təhsilinin inkişafına verdiyi töhfələrlə seçilmiş, səmərəli elmi-pedaqoji fəaliyyəti ilə universitet ictimaiyyətinin dərin hörmətini qazanmış alimlərdəndir.

     Müseyib İlyasov həm rəhbərlik , həm də  Həmkarlar İttifaqı Komitəsi adından Fəxri Fərmanla təltif edilib.

     Professor-müəllim heyətinin nümayəndələri çıxış edərək prof. Müseyib İlyasovla bağlı xatirələrini bölüşüb, onun elmi və pedaqoji fəaliyyətinə yüksək qiymət verərək yubiley münasibətilə təbriklərini çatdırıblar.

    Tədbirin sonunda yubilyar Müseyib İlyasov çıxış edərək ona göstərilən diqqət və yüksək qiymətə görə universitet rəhbərliyinə və kollektivə təşəkkürünü bildirib. O, uzun illər fəaliyyət göstərdiyi Azərbaycan Dövlət Pedaqoji Universitetində qazandığı təcrübəni və formalaşdığı akademik mühiti hər zaman böyük dəyər kimi qiymətləndirdiyini vurğulayıb.


Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: