“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ADPU-da Zəfər Gününə həsr olunmuş “Şanlı zəfərin izində” adlı ədəbi-bədii tədbir keçirilib.

17/11/2026, 12:41
xeber1

ADPU-da Zəfər Gününə həsr olunmuş “Şanlı zəfərin izində” adlı ədəbi-bədii tədbir keçirilib

Noyabrın 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş “Şanlı zəfərin izində” adlı ədəbi-bədii tədbir keçirilib.

Tədbir universitetin rektoru professor Cəfər Cəfərovun giriş nitqi ilə başlanıb. Rektor çıxışında qeyd edib ki, 2020-ci ilin payızında xalqımız tarixinin ən mühüm qələbələrindən birini qazanıb. Ermənistanın təxribatlarına cavab olaraq Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edib və ölkəmizin ərazi bütövlüyü təmin olunub.

Tədbirin bədii hissəsində tələbələr tərəfindən hazırlanmış vətənpərvərlik mövzulu milli musiqilər, rəqslər, şeir kompozisiyaları və qəhrəmanlıq səhnələri təqdim edilib.

Sonda ADPU THİK sədri Cəmilə Qurbanova tədbirin təşkilində iştirak edən tələbələrə təşəkkürünü bildirib və bütün iştirakçıları Zəfər Günü münasibətilə təbrik edib.

Tədbir xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: