“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ADPU Həmkarlar İttifaqı Komitəsi Cəlilabad filialında

17/06/2026, 10:44
xeber1

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında keçirilən Məzun günü tədbiri xüsusi təntənə ilə qeyd olunub.Tədbirdə ADPU Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Kamil oğlu Əliyev də iştirak edərək məzunları bu əlamətdar gün münasibəti ilə təbrik edib, onlara gələcək həyat və peşə fəaliyyətlərində uğurlar arzulayıb.

     Bildirilib ki, məzun günü tələbələrin universitet həyatının ən yaddaqalan mərhələlərindən biridir. Bu gün əldə olunan bilik və təcrübənin yeni uğurlara aparan yolun başlanğıcı olduğu vurğulanıb. Səmimi və bayram ab-havasında keçən tədbir müxtəlif çıxışlar, bədii proqramlar və xatirə anları ilə yadda qalıb.

     ADPU Həmkarlar İttifaqı Komitəsi gənclərin inkişafına, onların sosial  fəallığının artırılmasına və universitet ənənələrinin yaşadılmasına bundan sonra da öz töhfəsini verməyə davam edəcəkdir.


Gallery Image

Sosial şəbəkələrdə paylaş: