Xəbərlər
ADPU-nun Ağcabədi filialında əməkdaşlar Fəxri fərmanla təltif olunublar
20/05/2026, 16:02

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında Həmkarlar İttifaqı Komitəsinin fəaliyyəti çərçivəsində filialın ictimai həyatında fəallığı ilə seçilən bir qrup əməkdaş təltif olunub.
Səmərəli fəaliyyəti, kollektiv işə verdikləri töhvələri nəzərə alınaraq 6 nəfər əməkdaşa Həmkarlar İttifaqı Komitəsinin Fəxri fərmanları təqdim edilib.
ADPU HİK-nin sədri Vaqif Əliyev əməkdaşlara gələcək fəaliyətlərində uğurlar arzulayıb, onların kollektiv həyatındakı fəallığını yüksək qiymətləndirdiyini bildirib.








