“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ADPU-nun Ağcabədi filialında əməkdaşlara səmərəli görüş

20/05/2026, 16:00
xeber1

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında Həmkarlar İttifaqı Komitəsinin nümayəndələrinin əməkdaşlarla maarifləndirici görüşü təşkil olunub.

       Görüş zamanı kollektivin  sosial rifahı, əməkdaşların hüquq və maraqlarının qorunması, iş mühiti və qarşılıqlı əməkdaşlığın daha da güşləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

     Səmimi atmosferdə keçən görüşdə əməkdaşların təklif və fikirləri dinlənilib, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb. Qeyd olunub ki, kollektiv daxilində sağlam, etibarlı münasibətlərin formalaşdırılması ümumi fəaliyyətin keyfiyyətinə müsbət təsir göstərən əsas amillərdəndir.

     Görüş qarşılıqlı anlaşma və faydalı müzakirələrlə yadda qalıb. 


Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: