Xəbərlər
ADPU-nun bir qrup əməkdaşı Qusara səyahət etdilər.
08/06/2026, 11:37

Əməkdaşların asudə vaxtlarının təşkili və mənalı istirahətinin təmin olunması məqsədilə Həmkarlar ittifaqı Komitəsinin təşkilatçılığı ilə bir qrup əməkdaşın Qusar rayonuna ekskursiyası təşkil olunub.
Səfər çərçivəsində iştirkçılar rayonun ecazkar təbiətindən zövq alıb, istirahətlərini Xutorok istirahət mərkəzində keçiriblər. Ekskursiya əməkdaşların işgüzar mühitdən kənarda bir araya gəlməsinə, kollektiv münasibətlərin daha da möhkəmlənməsinə və xoş təəsüratlar qazanmasına şərait yaradıb.
Həmkarlar İttifaqı Komitəsi tərəfindən əməkdaşların asudə vaxtının səmərəli təşkili istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcəkdir.




