“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ADPU-nun nümunəvi kitabxana işçisi təqaüdə yola salınıb.

06/02/2026, 11:51
xeber1

Azərbaycan Dövlət Pedaqoji Universitetində Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə Kitabxana-İnformasiya Mərkəzinin təcrübəli əməkdaşı, 50 il fasiləsiz olaraq universitetdə fəaliyyət göstərmiş Arifə Məhyəddinovanın təqaüdə yola salınması münasibətilə tədbir keçirilib.

      Tədbirdə universitetin rektoru professor Cəfər Cəfərov, elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov, sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev və universitet əməkdaşları iştirak ediblər.

     Tədbiri giriş sözü ilə açan rektor professor Cəfər Cəfərov Arifə Məhyəddinovanın yarım əsrlik fəaliyyətinin ADPU-nun inkişaf tarixinin ayrılmaz tərkib hissəsi olduğunu bildirib. Rektor vurğulayıb ki, universitet yalnız tədris və elmi nailiyyətləri ilə deyil, eyni zamanda burada uzun illər vicdanla çalışan, öz işinə məsuliyyətlə yanaşan əməkdaşların zəhməti sayəsində formalaşır. Bu baxımdan Arifə Məhyəddinovanın fəaliyyəti universitetə sədaqətin, peşəkarlığın və davamlılığın bariz nümunəsidir. C.Cəfərov qeyd edib ki, Arifə xanım müxtəlif dövrlərdə universitet kitabxanasında baş verən dəyişikliklərə və yeniliklərə çevik şəkildə uyğunlaşaraq, kitabxana xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə öz töhfəsini verib. Rektor onun əmək fəaliyyətinin gənc nəsil əməkdaşlar üçün örnək olduğunu qeyd edib.

    Bundan sonra Elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov,  Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Vaqif Əliyev,  Kitabxana-İnformasiya Mərkəzinin direktoru Zinharə Həsənova və Mərkəzin əməkdaşı Fəxridə Mikayılova Arifə Məhyəddinovanın gənc əməkdaşlar üçün nümunəvi fəaliyyət yoluna malik olduğunu, onun zəngin təcrübəsinin və yüksək insani keyfiyyətlərinin kollektivin yaddaşında daim yaşayacağını bildiriblər.

    Tədbirdə Arifə Məhyəddinova da çıxış edərək ona göstərilən diqqət və yüksək dəyərə görə universitet rəhbərliyinə və kollektivə dərin minnətdarlığını bildirib. O, ADPU-da keçdiyi 50 illik əmək yolunu böyük qürur hissi ilə xatırladığını, bu illər ərzində universiteti öz ikinci evi hesab etdiyini vurğulayaraq, ADPU kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

     Bu cür tədbirlər universitetimizin kollektiv ruhunu gücləndirir, əməkdaşların fəaliyyətində olan dəyərin ifadəsi kimi önəmli əhəmiyyət daşıyır.


Gallery Image

Sosial şəbəkələrdə paylaş: