Xəbərlər
ADPU-nun poliklinika əməkdaşları üçün Şamaxıya ekskursiya təşkil olundu.

ADPU Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə ilboyu universitetin tələbə və əməkdaşlarının sağlamlığının keşiyində dayanan poliklinika əməkdaşları üçün Şamaxıya ekskursiya təşkil olunub.
Ekskursiyanın əsas məqsədi poliklinika kollektivinin asudə vaxtının səmərəli təşkili, onların əməyinə diqqət və qayğının göstərilməsi, həmçinin kollektiv üzvləri arasında mehriban münasibətlərin daha da möhkəmləndirilməsi olub.
Səfər çərçivəsində iştirakçılar Şamaxının gəzməli-görməli məkanları ilə tanış olub, onlar üçün istirahət məkanları ilə tanış olub, onlar üçün istirahət proqramı və yemək süfrəsi aşılıb. Səmimi və xoş əhval-ruhiyyə şəraitində keçən görüş iştirakçılar tərəfindən məmnunluqla qarşılanıb.
ADPU Həmkarlar İttifaqı Komitəsi əməkdaşların sosial rifahı və mənəvi motivasiyanın artırılması istiqamətində tədbirlərin davam etdirəcəyini bildirib.




