“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ADPU-nun Quba filialında yubiley, mükafatlandırma və maarifləndirici görüş keçirilib.

03/03/2026, 14:01
xeber1

ADPU-nun Quba filialında əməkdaşların yubiley mükafatlandırılması, eləcə də “Kollektiv müqavilə”nin izahlı şəkildə kollektivə çatdırılması ilə bağlı tədbir keçirilib. Tədbirdə ADPU Həmkarlar İttifaqı Komitəsinin nümayəndələri, filialın rəhbərliyi və əməkdaşlar iştirak ediblər.

      Həmkarlar İttifaqı Komitəsi tərəfindən 3 nəfər əməkdaşın yubileyi münasibəti ilə səmimi təbriklər səsləndirilib, onların uzunmüddətli və səmərəli fəaliyyətləri yüksək qiymətləndirirlib. Qeyd olunub ki, yubilyarların filialın inkişafında və tədris prosesinin keyfiyyətinin artırılmasında xüsusi rolu vardır. Yubilyarlar Fəxri Fərmanlarla təltif ediliblər.

       Həmçinin iki əməkdaşın işgüzar fəaliyyəti və məsuliyyətli əməyinə görə mükafatlandırılması həyata keçirilib. Onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

      Tədbir çərçivəsində kollektiv müqavilənin müddəaları əməkdaşlara izahlı şəkildə təqdim olunub, müqavilədə nəzərdə tutulan sosial təminatlar, əmək hüquqları və vəzifələr barədə ətraflı məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.

     Sonda Həmkarlar İttifaqı Komitəsi və filial rəhbərliyi əməkdaşlara fəaliyyətlərində uğurlar arzulayıb və birgə əməkdaşlığın davamlı olacağına əminliyini ifadə edib.


Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: