“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ADPU-nun Şamaxı filialında əməkdaşlar Fəxri fərmanla təltif olunublar

22/05/2026, 11:11
xeber1

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında bir qrup əməkdaş Həmkarlar İttifaqı Komitəsi tərəfindən təltif olunub. Uzun müddət səmərəli elmi-pedaqoji fəaliyyəti, kollektivin xüsusi hörmətini qazanması, gənc nəslin təlim-tərbiyəsindəki uğurları, anadan olmasının 65 illik yubileyi münasibəti ilə  filialının Sosial və xüsusi fənlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Cavadova Zərifə Şamil qızı və işinə  göstərdiyi yüksək peşəkarlıq, məsuliyyət, tapşırıqların dəqiq və vaxtında yerinə yetirilməsindəki xidmətləri, anadan olmasının 70 illik yubileyi nəzərə alınaraq Şamaxı filialının İnzibati təsərrüfat şöbəsinin əməkdaşı, komendant İsmayılov Nizaməddin Məməli oğlu  Həmkarlar İttifaqı Komitəsinin Fəxri fərmanı və pul mükafatı ilə təltif olundular.

    Eyni zamanda  filialın ictimai həyatında  fəallığı ilə seçilən və  kollektiv işə verdikləri töhvələri nəzərə alınaraq 2 nəfər əməkdaş HİK-nin Fəxri fərmanı və pul mükafatı ilə təltif olunub.

    ADPU HİK-nin sədri Vaqif Əliyev əməkdaşlara gələcək fəaliyətlərində uğurlar arzulayıb, onların kollektiv həyatındakı fəallığını yüksək qiymətləndirdiyini bildirib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: